Yasamal rayonunda 6 saat avtomobillərin hərəkəti məhdudlaşdırılıacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, Asan xidmət mərkəzinin qarşısındakı yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan sabah səhər 05:00-dək avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq .
Agentlik vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələrini xahiş edir.