7 Dekabr 2018 16:43
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşaqlara “Quran"ı oxumaq ona görə qadağan edilməlidir ki, “Quran”ı oxuyan uşaqlar geri zəkalılaşırlar. Çünki “Quran” uşaqlar üçün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu şair Günay Gəncalp deyib.

O, hesab edir ki, “Quran” oxuyan uşaqlar ətrafları ilə zehni əlaqə qura bilmirlər:

“Çünki mifologiyaların uydurduğu qarabasmalar beyinlərini doldurur. Başqa sözlə, müsəlman ölkələrində məcburi şəkildə “Quran”ı oxutdurmaq uşaqların beyinlərini sıradan çıxarıb.

“Quran”dakı aqressiya, mifologiya, reallıqlara uyğun gəlməyən məsələlər uşağın beynini reallıqlardan qopararaq, boşluğa yuvarlayır, onun elmi və fikri baxış istiqamətlərini sıradan çıxarır.

Düşünürəm ki, hər bir ata və ana 18 yaşına qədər olan uşağına “Quran”a yaxınlaşmağı qadağan etməlidir. Təkcə “Quran” yox, digər “səmavi kitablar”a yaxınlaşması da qadağan edilməlidir. Məsələn, Yaponiya, Koreya və Skandinaviya ölkələrində bu qadağalara görə hansı formada düşünə bilən insan yetişdirildiyi göz qabağındadır”.

Güntay Gəncalp hesab edir ki, 19 yaşına keçən uşaq öz seçiminə uyğun qərar qəbul edə bilər: “Çünki 18 yaşına qədər öyrəndiyi elmi məsələlər artıq onun mifologiyaya hansı formada yaxınlaşacağını müəyyən edə bilir”.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər