8 Dekabr 2018 12:23
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanması prosesi təxirə salınıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi paylaşılacaq.

***

11:09

Təmirlə əlaqədar Bakının bir küçəsinin bir hissəsində hərəkət məhdudlaşacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar bu gündən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissə tam olaraq bağlanır.

Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

Agentlik müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.


Müəllif: Aytən

Oxşar xəbərlər