8 Dekabr 2018 22:25
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada baş verənlər inqilab deyildi.

Teleqraf.com xəbər verir ki, bunu Fransada hakimiyyət əleyhinə baş verən kütləvi nümayişləri şərh edərkən politoloq Azər Qasımlı deyib.

Fransanın və “sarı jiletlər” hərəkatının özəllikəri olduğunu qeyd edən politoloqun sözlərinə görə, son dövrlər Qərb ölkələrində oxşar proseslər baş verir:

“Mahiyyət etibarilə Fransadaki hərəkat ABŞ-daki “Uolstriti Zəbt Et” (“Occupy Wall Street”) hərəkatından fərqlənmir. Qərb toplumlarında ənənəvi siyasi təşkilatlara və elitaya inam azalır. Son prezident seçkilərində də məhz Emmanuel Makronun qələbə çalması bu səbəbdəndir.

Paris Siyasi Araşdırmalar İnstitutunun hər il keçirdiyi sorğular da bunu sübut edir.

Hələ Fransua Ollandın prezident olduğu dönəmdə sorğuda iştirak edənlərin 81%-i siyasətçilərə inanmadıqlarını və hətta nifrət etdiklərini deyiblər. Bu ilin yanvar ayında elə həmin sorğu göstərib ki, fransızların 71%-i siyasətçilərin vicdanına şübhə edir, ölkə rəhbərliyini nə sağçılara, nə solçulara etibar etməyə hazır deyil”.

Azər Qasımlı qeyd edib ki, Fransadakı etirazlar kortəbii şəkildə (altdan gələn) baş verən etirazlardır: “Lidersiz etirazlardır. Gezi Parkında, Uolstritdə olduğu kimi… Məqsəd isə siyasi sistemi dəyişmək yox, siyasi elitaya etiraz etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər