26 Avqust 2014 14:22
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evlilikdən əvvəl ömründə bir dəfə də olsun başqa kişiylə eyni yatağı bölüşməyən qadının xoşbəxt evliliyi olur. Ancaq kişilər bu məsələdə heç bir narahatlıq duymadan sərhədi aşa bilərlər.

Bunu araşdırmalar deyir.

Teleqraf.com-un ailem.az-a istinadən xəbərinə görə, evlilikdən əvvəl bir çox seks partnyoru olan qadınlar evlilik zamanı çox az xoşbəxtliyə nail olurlar. Buna səbəb isə çox seks partnyorlarının olması və fərqli alternativlərə öyrəşmiş olmalarıdır. Belə qadın indi yalnız bir kişiylə olmaqdan və hər dəfə eyni şeyləri yaşamaqdan sıxıla bilər.

Evlilik layihəsi tərfindən aparılan yeni araşdırmaların nəticəsinə görə, həyatında ilk dəfə yalnız həyat yoldaşı ilə yatan qadın evliliyindən razı olur.

Araşdırmaya qatılan qadıların 58%-i ilk dəfə olaraq yalnız həyat yoldaşları ilə yatdıqlarını deyiblər.

Əgər qadın yüksək keyfiyyətli evlilik axtarışındadırsa, gənclikdə çox seks partnyorunun olması onun üçün böyük risk daşıyır.

Gənclikdə edilən hansısa hərəkətlər mütləq gələcəyə təsir edəcək.


Müəllif: