10 Dekabr 2018 22:54
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir zamanı şagirdlərə “Escola Municipal Azerbaijao” (Azərbaycan adına Bələdiyyə Məktəbi) yazılı maykalar və digər məktəbli ləvazimatları hədiyyə edilib, ilin ən yaxşı şagirdlərinə səfir Elxan Poluxovun təşəkkürnaməsi təqdim olunub.

Məktəb rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinə, il ərzində göstərdiyi dəstəyə, eləcədə bağışlanmış hədiyyə və ianələrə görə minnətdarlıq bildirilib.


Müəllif: Teleqraf.com