26 Avqust 2014 15:16
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, V. Lastauskas etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.


E. Məmmədyarov V. Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanla Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.


Öz növbəsində V. Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər