Mərənd şəhərində İran bayrağı endirilərək, yerinə Güney Azərbaycan Milli Hərəkatının bayrağı asılıb.
Teleqraf.com xəbər verir ki, azərbaycanlı fəallar bayrağı Mərəndin əsas nəqliyyat yolunun kənarında dalğalandırıblar.
Fəalların bu addımı 21 Azər Hərəkatının 73-cü ildönümü ilə əlaqədar atdığı bildirilir.
Bununla bağlı sosial şəbəkələrdə yayılmış video-görüntünü təqdim edirik: