12 Dekabr 2018 18:04
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyasının tanınmış jurnalisti Əli Kan Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü olub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Kikboksinq Federasiyasınndan məlumat verilib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Əli Kanı federasiyada görməkdən məmnun olduğunu bildirib.

“Əli Kan Türkiyədə tanınmış jurnalistlərindəndir. Azərbaycanın haqq səsinin türk dünyasına çatdırılmasında xüsusi rolu var. Azərbaycan davasında yanımızda olan qardaşdır. Kikboksinq Federasiyasının Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərləri Türkiyənin yüzlərlə mətbu orqanı öz səhifəsində işıqlandırıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan media mənsublarındandır. Bu gün onu öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram ”, - deyə millət vəkili bildirib.

Əli Kan da açıqlamasında federasiyada olmaqdan qürur hissi keçirdiyini söyləyib.

“Adil müəllimlə və dostlarla birgə addımlamaq mənim üçün böyük qürurdur. Federasiya mənim üçün doğma yerdir. Əvvəl necə fəal idimsə, bundan sonra da fəallığımı artıracam. Federasiyada Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə çalışacam”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər