Gördüyünüz foto paytaxt Bakının məşhur prospektlərindən birində çəkilib.
Teleqraf.com aznews.az-a istinadən xəbər verir ki, bu avtomobilin yalnız markasını müəyyən etmək olur («Qaz-24»). O da güclə.
Dövlət nömrə nişanı belə olmayan bu əcaib avtomobilin bütün hissəsinə dəmir parçaları ilə doldurub. Görünür, sürücü “metallom” üçün dəmir parçaları toplayır.
Maraqlıdır ki, görənlərin ciddi marağına səbəb olan bu avtomobil yol polisinin gözünə dəyməyib.