13 Dekabr 2018 22:15
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2018- cil Azərbaycanda digər sahələrdə olduğu kimi idman sahəsində də yaddaqalan, əlamətdar və medallarla bol il oldu".

Bu sözləri Teleqraf.com-a Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O bildirib ki, bu gün cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində də idman ictimaiyyəti ilə ənənəvi görüş zamanı onlara təqdim fəxri adlar və mənzillər təqdim edib: "Bu il idmançılarımız 800-dən çox medal qazanılıb və bu medalların əksəriyyəti olimpiya və qeyri-olimpiya növlərində yeniyetmələrin sayəsində əldə edilib. Bu da bizə onu deməyə əsas verir ki, Azərbaycanda gələcəyin idmançıları artmaqdadır, idmanımız inkişafdadır. Eyni zamanda ölkəmiz bu il "Formula 1" yarışına, Avropa və Dünya çempionatlarına, gimnastika, cüdo, akrobatika, güləş üzrə beynəlxalq turnirə, velosiped və digər idman növləri üzrə müxtəlif yarışlara ev sahibliyi edib. Bütün bunlar Azərbaycanı idman ölkəsi kimi dünyaya göstərdi.

Növbəti ilin də yaddaqalan, məhsuladar olacağını söyləmək olar. Ona görə ki, artıq Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq ili olacaq, Bakı birinci yarımillikdə futbol üzrə Avropa Liqasasının final oyununa ev sahibliyi edəcək. Bu da ölkəmizin idman tarixində ilk dəfə baş tutacaq böyük hadisədir. Bu, turizm, şəhərin infrastrukturu, ölkəmizin tanıtımı üçün olduqca vacibdir. Eyni zamanda Azərbaycan cüdo üzrə beynəlxalq turnirə, yay aylarının əvvəlində Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu da böyük yarışları keçirən, ev təcrübəsi olan ölkəmiz üçün maraq, eyni zamanda növbəti idman tarixi kimi yaddaqalan olacaq. Təbii ki, 2019-cu il lisenziya əmsalını yığmaq üçün ölkəmizin hüdudlarından kənarda çıxış edəcək idmançılar üçün məsuliyyətli il olacaq. Prezidentimiz xüsusi olaraq vurğuladı ki, idmançılarımız vətənpərvər, milli atributları təbliğ edən nümunəvi şəxslərdir. Gələcək nəsillər, yeniyetmələr onlara oxşamağa çalışırlar"

R.Abbasov bildirdi ki, bütün bunlar idman ictimaiyyətinin qarşısında bir tapşırıq kimi qiymətləndirilir: "Biz də çalışacağıq ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi olaraq Cənab Prezidentin qarşımıza qoyduğu tapşırıqların öhdəsindən layiqincə gələk".


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər