14 Dekabr 2018 20:09
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, iclasda 25 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 3959 arıçıya saxladıqları 92664 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 926640,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər