16 Dekabr 2018 15:13
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq ƏləsgərlininBibiheybət qəsəbəsində yerləşən jurnalistlərin binasında oğurlanan velosipedi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Müşfiq Ələsgərlinin özü məlumat yayıb.

"Polis noyabrın 25-də oğurlanan velosipedimin sağ-salamat özümə qaytardılmasını təmin etdi. 102 xidmətindən və 8-ci polis bölməsindən verilən operativ reaksiyaya əsaslanıb həmin gün yazmışdım ki, polisə güvənirəm, oğrunun tapılacağına, velosipedimin qaytarılacağına inanıram. Daxili İşlər Nazirliyinə, o cümlədən, qurumun media üzrə əlaqələndiricisi Orxan Mənsurzadəyə, Səbail RPİ-dən İslam bəyə, 8-ci Bölmədən Əfqan bəyə diqqət göstərdiklərinə görə təşəkkürlər", -deyə Müşfiq Ələsgərli özünün Feysbuk statusunda qeyd edib.


Müəllif: Teleqraf.com