Bakının mərkəzi gözəl küknar (yolka) ağacları ilə bəzənir.
Teleqraf.com xəbər verir ki, hər il olduğu kimi, bu il də paytaxt Bakı işıqlar, süni və ya təbii küknar ağacları, müxtəlif Yeni il aksesuarları ilə bəzədilir.
Azneft meydanında artıq metal konstruksiyadan hazırlanmış yolkalar qurulub. Bu tipli metal konstruksiyadan təşkil olunmuş yolkalar artıq Bakının bir çox yerində var.
Bulvarda da hazırlıq işləri gedir. Bakının mərkəzi küçəsi hesab edilən Nizami küçəsində ötən ildən fərqli olaraq foto çəkdirməyi sevənlər daha çox düşünülüb. Belə ki, küçədə işıqlarla bəzədilmiş müxtəlif fiqurlar var. Bu həm Bakı sakinlərinin, həm də turistlərin diqqətini cəlb edir.