Ukraynanın Volın vilayəti Dövlət Administrasiyasının sədri Aleksandr Savçenko ilə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın rəhbəri Elmar Məmmədov arasında keçirilən görüşdə iki ölkə arasında turizm əlaqələrinin inkişafı müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, görüşdə alyansın sədri Elmar Məmmədov Ukrayna şirkətlərini Azərbaycanda turizmin inkişafına investisiya qoymağa çağırıb. Bildirib ki, Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün şəffaf şərait yaradılıb.
Onun sözlərinə görə, Volın vilayətinin Şatsk qəsəbəsinə Azərbaycan şirkətlərinin investisiya qoyulması üçün müvafiq işlər həyata keçirilir.
“Biz Şatsk qəsəbəsində infrastrukturun yenidən qurulmasına çalışırıq. Məqsədimiz bura turistlərin kütləviliyini təmin etməkdir. Azərbaycan şirkətləri də bura investisiya qoymaqda maraqlıyıq”, - deyə E.Məmmədov qeyd edib.