18 Dekabr 2018 10:14
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il zəlzələ, sunami, yanğın və partlayışlar ili olacaq.

Teleqraf.com xəbər verir ki, Türkiyənin məşhur astroloqu Yasəmən Qaplan növbəti il üçün proqnozunda belə deyib.

Astroloqun fikrincə, qarşıdan gələn ildə dünya yeni sosial sferaya və iqtisadi keçidə hazırlanacaq: “2019-cu illə birlikdə dünyada yeni liderlər önə çıxmağa başlayacaq. 2019-cu ildə korrupsiyalaşmış və iş qabiliyyətini itirmiş sistemlərdə inkişaf və yenidənqurma prosesi başlana bilər.

Dünyada irqçilik, radikal qrupların fəaliyyəti və terror hadisələrinin önə çıxmaq ehtimalı var.

Təbii fəlakətlər nəticəsində kütləvi itkilər yaşanacaq.

2019-cu ildə zəlzələ, sunami, partlayış, mədən çökmələri, hava və dəniz nəqliyyatında qəzalar, sudan gələn zərərlərdə artım müşahidə olunacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər