20 Dekabr 2018 16:22
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyinin təşkilat olaraq 10, hərəkat olaraq fəaliyyətinin 15 yaşı tamam olur.

Təşkilatın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, dekabrın 25-də Nizami Kino Mərkəzində “İrəli” İb-nin bununla bağlı VI hesabat-seçki konfransı keçiriləcək.

Konfransda Gənclər təşkilatlarının fəaliyyətinin açıq formada ictimaiyyətə çatdırılması məqsədi ilə təşkilatın 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat veriləcək. Baş tutacaq Hesabat-Seçki konfransında İctimai Birliyin nizamnaməsinə uyğun olaraq yeni idarə heyəti və sədrin seçimi nəzərdə tutulub.

Konfransda İctimai Birliyinin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif ediləcəklər.

Qeyd edilib ki, “İrəli”nin təsis olunmasının 10 illiyində hesabat-seçki konfransını əvvəlki illərdə olduğu kimi, ilk olaraq, cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olan əsgərlərlə qeyd edəcək. Təşkilatın ad günü tortunun əsgərlərlə birlikdə kəsilməsi və tədbirin mədəni-əyləncəli proqramla davam etməsi planlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər