22 Dekabr 2018 20:15
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəmiyyət qarşısında heç bir xidməti olmayan bir şəxs çıxıb milləti söyür. Cəmiyyət qarşısında heç bir xidməti olmayan digər şəxs mənəvi dəyərlərimizi ələ salır. Daha bir şəxs dillə deyilməsi mümkün olmayan bir yaramaz hərəkət edir. Dərhal onların hərəkəti haqqında əksər saytlarda geniş məlumat yayılır. Televiziyalar geniş reportajlar hazırlayır, sosial şəbəkə ancaq bu mövzudan danışır. Hətta həmin şəxslərin adı ölkə parlamentində səslənərək ölkəyə tanıdılır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, belələrini başğışlamaq mümkün deyil: “Çünki onlar hərəkətləri ilə özlərini artıq cəmiyyətlə üzbəüz qoyublar.

Ancaq layiq olmadıqları halda məşhurlaşdırılır, onlara az adama qismət olan ictimai tribuna verilir. Hətta bu, azmış kimi, onların cəmiyyətin etirazına “əcəb etmişəm” deyə geniş cavab müsahibəsi də tirajlanır. Şəkilləri də bir qayda olaraq güləyən, hamıya iztehza edən formada verilir.

Bizə elə gəlmirmi ki, onların məşhurlaşmasına, anti-milli fikirlərinin yayılmasına dəstək veririk, onların cəmiyyətə meydan oxumasına şərait yaradırıq?! Bu azmış kimi təsadüfi insanın şöhrət qazanmasını görərək, daha bir neçə nəfər “mən də elə düşünürəm” deyərək şöhrət projektorunun işığının indi də onlar tərəfə yönəlməsini tələb edirlər”.

Aydın Mirzəzadə qeyd edib ki, bu cür insanların cəmiyyətə çıxışına, zərəli fikirlərinin yayılmasına maneələr olmalıdır: “Onlar ictimai tribunalar yaxın düşə bilməməlidir. Bunun əvəzinə isə hər birimiz onların özlərini sərbəst hiss etməsinə, yaşadığı cəmiyyəti ələ salmasını davam etməsinə yardımçı oluruq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər