24 Dekabr 2018 11:02
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel sosial şəbəkədə anası ilə bağlı status yazıb.

Teleqraf.com-un məlumatına görə, Suel şeir deyərkən yayımladığı videoya bu sözləri yazıb: "Məktəbimizdə olacaq bayram proqramında şeir söyləyəcəm. Sənsiz ilk bayramım olacaq, ana".

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Təranə Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub.

Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər