27 Avqust 2014 11:01
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölülərin məkanına diri ikən pənah aparanlar var. 80 yaşlı ana qızı ilə günlərdir məzarlığa sığınıblar. Başqa yaşayış yeri tapa bilmədiklərindən, gecə və gündüzlərini bu məkanda keçirməli olurlar.

Teleqraf.com-un ANS TV-yə istinadən məlumatına görə, Məsmə Gülməmmədova və onun 52 yaşlı qızı artıq üç gün olar ki, Yeni Suraxanıda yerləşən qəbirstanlıqda gecələməyə məcburdurlar. İllərdir Rusiyada yaşayan Məsmə xanımın həyat yoldaşı öldükdən sonra qızı ilə Azərbaycana qayıdır. Bakıya gələn müsahibim burada da özünə rahatlıq tapa bilmir. Küçələrdə yaşamağa məcbur olan Məsmə xanıma 3 aydan sonra Cəmilə adlı bir xanım kömək əlini uzadır və ana və balanı öz evinə aparır. Amma burada da Məsmə xanımın bəxti gətirmir. Qızı Səidə əlil və ruhi xəstə olduğundan qonşular onun səs-küyündən şikayətlənməyə başlayır. Əlacı kəsilən ev sahibi Aybəniz adlı xanımla onu və qızını qəbristanlığa gətirir.

Məzarlıqda olan mollaların da köməkliyilə onlar kiçik otağa yerləşdirilirlər. Maddi baxımdan qonşuların sayəsində heç bir əziyyət çəkməyən Gülməmmədovların indi bir istəyi qocalar evinə yerləşməkdir. Amma burada da bir problem var. Ailə Rusiyada qeydiyyatda olduğundan, onlara sığınacaq verməyə heç kim razı olmur. Baxmayaraq ki, onların müvəqqəti yaşamaları üçün vəsiqələri də var. Döydükləri qapıdan eyni cavabı alırlar: buranın qeydiyyatında deyilsiniz.

Məsmə xanım deyir ki, onun bir qızı hələ 4 yaşında olanda imkansızlıq səbəbindən uşaqlar evinə verib. Digər qızını isə özü ilə birlikdə Rusiyaya aparıb. İndi kimsəsiz olan ailənin qulluğa və yaşamaq üçün sığınacağa ehtiyaci var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, həmin ailə nazirliyə müraciət etsin. Yalnız bundan sonra ailəyə kömək etmək mümkün ola bilər.


Müəllif:

Oxşar xəbərlər