İyulda Bəzz qalasına yürüş ilə əlaqədar saxlanılan Güney Azərbaycandan olan fəallar İbrahim Nuri və Cəfər Rüstəmiyə hökm oxunub.
Teleqraf.com xəbər verir ki, İran İnqilab Məhkəməsinin qərarına əsasən, İbrahim Nuri 18 ay, Cəfər Rüstəmi isə 6 ay azadlıqdan məhrum edilib.
Bundan başqa, fəalların hər ikisinin ictimai-siyasi və mətbuatdakı fəaliyyətləri qadağan olunub.
Həmçinin İbrahim Nuri Əfqanıstanla sərhəddə yerləşən Nehbəndan şəhərinə 2 il müddətinə sürgünə göndəriləcək.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı avqust ayında bəyanat yayaraq, İran hakimiyyətini azərbaycanlı fəalları azad etməyə çağırıb.