Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizi problemləri şöbəsinin elmi işçisi Elnur Səfərov Rusiya Federasiyasının Tver şəhərində təşkil olunmuş “Məsafədən zondlama, su dövranı və iqlim dəyişmələri” mövzusunda seminar-təlim kursunda iştirak edib.
Coğrafiya İnstitutundan Teleqraf.com-a verilən xəbərə görə, Təlim kursu Ümümdünya Meteorologiya Təşkilatı (WMO) və Kosmik Tədqiqatlar üzrə Komitənin (COSPAR) birgə təşəbbüsü ilə Tver Dövlət Universitetində təşkil edilib. Təlimə Avropa Aerokosmik Agentliyi (ESA), Ümümdünya Meteorologiya Təşkilatı, Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Peyk Meteorologiyası Təşkilatı (EUMETSAT), həmçinin Rusiya Federasiyası Elmlər Akademiyası (RAN) və digər təşkilatlarda çalışan yüksək ixtisaslı mütəxəssislər cəlb olunub.
10 gün davam edən təlim müddətində Elgün Səfərov “Peyk müşahidə məlumatlarının hidrometeoroloji proseslərin tədqiqində və ətraf mühitin monitorinqində rolu”, “Peyk təsvirlərinin emalı, peyk məlumatları bazaları və onlarla iş qaydaları”, “Okeanoloji proseslərin peyk müşahidə məlumatları vasitəsilə tədqiqi” və s. mövzularda mühazirələr dinləmiş, praktiki məşğələlərdə yaxından iştirak edib. Gənc alim təlim kursunu müvəffəqiyyətlə başa vuraraq məsafədən zondlama sahəsində Beynəlxalq Sertifikata sahib olub.
SEVİL
Foto: Elnur Səfərov