Xərçəng xəstəliyinə qalib gələn aparıcı Zülfiyyə Bayramovadan xəbər var.
Teleqraf.com xəbər verir ki, aparıcı sosial şəbəkədə yeni videosunu paylaşıb.
O sağlamlığının yerində olduğunu deyib: “Fikirləşdim ki, şəkil paylaşsam, deyəcəksiniz ki, nəsə olub. Milli Onkologiya Mərkəzindəyəm. Sağlamlığım yerindədir. Hər 3 aydan bir yoxlanmalıyam. İynələrimi vurdurmalıyam. Hər zaman demişəm ki, ayaqda qalmağıma səbəb sizlərin dualarınız oldu”.
Qeyd edək ki, Zülfiyyə Bayramova sonuncu dəfə açıqlamasında xərçəng xəstəliyinə qalib gəldiyini deyib.