26 Dekabr 2018 15:30
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bahalı turizm infrastrukturu yaradılıb. Prioritet kimi orta və az büdcəli turizmin də yaradılması nəzərdə tutulur ki, yerli və xarici turistlər öz büdcələrinə uyğun istirahət edə bilsinlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Şahdağ Turizm Mərkəzinə təşkil edilən press-turda media nümayəndələrinə deyib. O, Gürcüstandakı turizm mərkəzlərinin qiymətinin Azərbaycanla eyni olduğunu bildirərək, qiymət fərqinin yalnız göstərilən xidmətlərin çeşidlərinə görə fərqləndiyini qeyd edib:

“Bəzən azərbaycanlılar Gürcüstanda məhdud səviyyədə xidmət göstərən obyektləri, otelləri Azərbaycanda çoxfunksiyalı xidmət göstərən otellərlə müqayisə edirlər. Amma Gürcüstanda “Şahdağ” səviyyəsində xidmət göstərən kompleks yoxdur. Yəni bizdə xidmət səviyyəsi çox yüksəkdir.

Hazırda turizm sahəsində sağlam rəqabət mühitinin yaradılması əsas məqsəddir. Bazar tələblərinə uyğun rəqabət formalaşmasını istəyirik. Özəl sektora tövsiyə edirik ki, bazar qiymətlərinə uğun qiymətlər təklif etsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər