Milli Məclis “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsində kənd təsərrüfatı sahəsində yeni kooperasiyaların yaradılması nəzərdə tutulur.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi rəhbərlik etdiyi komitədə geniş müzakirə edilib və yekdilliklə dəstəklənib. Komitə sədri qanunun qəbulunun kənd təsərrüfatında inkişafa səbəb olacağını xatırladaraq həmkarlarını layihəyə səs verməyə çağırıb.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.