28 Dekabr 2018 14:10
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Prezident İlham Əliyevə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təbrik məktubu göndərəcək.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker həmçinin parlamentin 2018-ci ildəki fəaliyyəti haqqında məlumat verib və qeyd edib ki, 2018-ci ildə parlament uğurla fəaliyyət göstərib, qanunvericilik bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu bir il olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər