28 Dekabr 2018 16:46
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının poliqon sınaqları keçirilib.

Bu barədə Teleqraf.com-a Nazirlikdən məlumat verilib.

Müdafiə Sənayesi Nazirliyinin mütəxəssislərinin və Müdafiə Nazirliyinin döyüş texnikası və şəxsi heyətinin iştirakı ilə aparılan sınaqlarda 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının ballistik xüsusiyyətlərinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrin istismarında olan müasir T-90C tipli tankdan atışlar keçirilib və müsbət nəticə əldə edilib.

Yüksək dağdıcı qüvvəyə malik 125 millimetrlik artırılmış qüvvəli qəlpəli-fuqaslı mərmili atəş yığımı Silahlı Qüvvələrin arsenalında olan T-72, T-90C tipli tanklarda quraşdırılan 125 millimetrlik tank topundan atəş aparmaq üçün istifadə olunur. Atəş yığımı düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Atəş yığımının praktiki mərmili variantı ilə keçirilən sınaqların nəticələrinə görə döyüş sursatının yüksək ballistik xüsusiyyətlərə malik olması, etibarlılığı və xidməti davranma zamanı təhlükəsizliyi tam təsdiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər