30 Dekabr 2018 22:01
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi “Tıq-tıq xanımın saxta babası” adlı yeni il uşaq tamaşasını təqdim edir. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır.

Bu yeni ildə siz tam başqa Tıq-tıq xanımı görəcəksiniz. Öz Şaxta Babasının axtarışına çıxan Tıq-tıq xanım nələrlə qarşılaşır? Kimi özünə dost seçə bilir? Bunların hamısı 12, 13 yanvar saat 12:00, 15:00 və 18:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin səhnəsində baş verəcək. Tamaşanın müddəti 60 dəqiqədir. Biletləri şəhərin kassalarında və iticket.az saytında əldə edə bilərsiniz.

Qiymət 10-30 AZN. Bir bilet bir nəfər üçündür və hədiyyəlidir. Tamaşadan sonra sizi çox maraqlı əyləncələr gözləyir!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər