“Bir qızım qaçıb, amma o biri qızımın onun yerinə ərə verilməsi xəbəri yalandır. Qızım evimdə, yanımdadır. Elə bir şey ola bilməz ki, bir qızımın yerinə o birini ərə verək”.
Bu sözləri Oğuz rayon Muxas kəndindən toyuna az qalmış evdən qaçan Sevinc Orucovanın anası Suğra Orucova deyib.
O bildirib: “Ana kimi əvvəldən onun qaçacağını, başqa birini sevdiyini bilsəm, bunun qarşısını alardım. Nişanlı idi, hadisə toy ərəfəsində olub. Evdən gedəndə heç kim görməyib. Ailədə də heç bir problem olmayıb. Nişanlısı ilə aralarında problem olması barədə məlumatım yoxdur. Eşitdiyimizə görə, təzə nişanlandığı vaxtda aralarında problem olub. Amma bu barədə nə bacısına, nə də mənə bir söz deyib. Bildiyimə görə, problemləri yox idi. Nişanlanması ailənin razılığı ilə olsa da, qızım heç vaxt etiraz etməyib”.
Xatırladaq ki, 18 yaşlı Sevinc Orucova avqustun 23-də gecə saatlarında evdən qaçıb. İlkin ehtimala görə, o toyuna az qalmış sevdiyi başqa bir oğlanla qoşulub gedib.
/publika.az/