Azərbaycanın tanınmış şairi və publisisti Salam Sarvan “1937.az” saytına Baş redaktor vəzifəsinə gətirilib.
Bu barədə “Axar.az”a tanınmış şair özü məlumat verib. Onun sözlərinə görə, sabahdan artıq fəaliyyətə başlayacaq:
“Bu gün kollektivə təqdim olundum və ilk müzakirələr apardıq. Sabahdan ideyalarımızın icrası yönündə işə başlayacağıq”.
S.Sarvan dəyişikliklərlə bağlı anons da verdi: “Adından və formasından məzmununa qədər, hər şeyə göz atmaq niyyətimiz var. İnşallah, yaxın vaxtlarda müşahidə edəcəksiniz”.
Xatırladaq ki, Salam Sarvandan əvvəl “1937.az” saytına Aqşin Yenisey rəhbərlik edib.