İnstaqramın azərbaycanca versiyası olan Aztaqram satışa çıxarılıb.
Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, saytın təsisçisi Fərhad Ələkbərov bu barədə Feysuk hesabında məlumat paylaşıb. O bildirib ki, saytın yalnız Feysbuk reklamlarına üç min dollara yaxın pul ayrılıb. #aztagram həştəqi isə Azərbaycan İnstaqram seqmentində ən çox paylaşılmış açar sözdür.
Qeyd edək ki, 2012-ci ildə yaradılmasına baxmayaraq, sayt geniş izləyici kütləsi toplaya bilib