7 Yanvar 2019 12:14
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görənlərin diqqətini çəkən bu qeyri-adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur.

Teleqraf.com ARB TV-yə istinadən xəbər verir ki, Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib.

Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam üç ilə yığılıb. Avtomobil ancaq əllə idarə olunur.

Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və foto çəkdirir.

Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub. Ancaq o, satmaq istəməyib.


Müəllif: Teleqraf.com