Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair İradə Aytelin yeni kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, kitab müəllifin müxtəlif illərdə qələmə aldığı Şəmkir rayonunun şəhidlərindən bəhs edən publisistik yazılardan ibarətdir.
“Elm və Təhsil” nəşriyyatında çap olunan “Seyfəli şəhidləri” kitabının redaktoru Bəyanət Qasımov, rəssamı isə Nəvai Mətindir.
Kitab Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin dəstəyi ilə çapa hazırlanıb.
Bundan əvvəl müəllifin “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızıl gül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr) və “Qanlı öpüşlər” (hekayələr) kitabları işıq üzü görüb.