27 Avqust 2014 21:42
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 27-də Rumıniyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rumıniyanın milli müdafiə naziri Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, genişləndirilmiş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdən sonra müdafiə nazirlərinin media nümayəndələri qarşısında çıxışı olub. Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər