11 Yanvar 2019 15:35
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının Səbail və Nəsimi rayonlarında suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Teleqraf.com-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, adı çəkilən rayonların mərkəzi küçələrinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Müəllif: Teleqraf.com