14 Yanvar 2019 15:20
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev məhkəmədə ifadə verməsi ilə bağlı mətbuatda yayılan informasiyalara cavab verib.

Teleqraf.com-un xəbərinə görə, Rasim Quliyev bildirib ki, hüquqi demokratik dövlətdə bütün problemlər hüquqi müstəvidə həllini tapmalıdır:

“Məhkəmə hüquqi dövlətin dayaqlarından biridir. Hər bir vətəndaşın və məmurun borcu hüquqi dövlətin önəmli qurumlarından biri olan məhkəmənin suallarını cavablandırmaqdır. Mən çalışdığım zamanda da şahid qismində məhkəmənin suallarını cavablandırmaqdan heç vaxt çəkinməmişəm və bir vətəndaş olaraq da lazım gəldiyi zaman, indi də məhkəmənin istənilən suallarını cavablandırmağa hazıram. Sözügedən məsələyə gəldikdə isə bildirmək istəyirəm ki, bu birbaşa bizə aid olmayan məsələ idi və məhkəməni maraqlandıran suallar aydınlaşdırıldı”.


Müəllif: Teleqraf.com