14 Yanvar 2019 17:16
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

"Azərişıq” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq elektrik verilişi xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq” ASC yaranmış narahatçılığa görə istehlakçılardan üzr istəyir.


Müəllif: Aytən