15 Yanvar 2019 12:31
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də saat 11:00-da Xızı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Heydər Əliyev küçəsi, 37) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə (əlaqələndirici şəxs: Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.


Müəllif: Teleqraf.com