15 Yanvar 2019 16:31
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyri-rəsmi məlumata görə, AzTV sədrinin vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.


Müəllif: Teleqraf.com