15 Yanvar 2019 17:37
3 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə AZTV-nin sədri vəzifəsindən azad edilən Arif Alışanovun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Məmmədov icra edəcək.

Teleqraf.com gənc kadrın dosyesini təqdim edir:

1979-cu il təvəllüdlü Rövşən Raqif oğlu Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Özü Bakı Slavyan Universiteti və Azərbaycan universitetində jurnalist ixtisası üzrə müəllim kimi işləyib. “Lider jurnalist” kitabının müəllifidir. Rövşən Məmmədov AZTV-dən əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb, idman şərhçisi kimi tanınıb.

Onun AZTV-də İbrahim Məmmədovun yerinə təyinatı isə geniş müzakirələrə səbəb olmuş, analitik proqramların gənc kadra etibar edilməsi birmənalı qarşılanmamışdı.

Hazırda dövlət telekanalında "Günün nəbzi" və "Həftə" analitik verilişlərinə aparıcılıq edir.


Müəllif: Teleqraf.com