16 Yanvar 2019 08:42
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qeyri-büdcə sektoru üzrə daxilolmalarda artım 11,4% təşkil edib və bu istiqamət üzrə proqnoz 86 mln. manat çox olmaqla 106,1 % icra olunub.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatıb.

Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.
Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.


Müəllif: Aytən