16 Yanvar 2019 17:57
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Turizm Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlığını əsas götürərək respublika ərazisində 17 və 18 yanvarda hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar turizm fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər və şirkətlərə müraciət edib.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, müraciətdə deyilir: “Açıq sahələrdə turistlərə xidmət göstərən turizm agentliklərinə, hotellərə, bələdçilərə, dağ, eko, macəra və digər ekstremal turizm növləri ilə məşğul olan şəxslərə və şirkətlərə əməkdaşlarının və turistlərin təhlükəsizliyini nəzərə alaraq fəaliyyətlərini qeyd olunan tarixlərdə məhdudlaşdırmağı, zəruri hallarda tamamilə dayandırmağı tövsiyə edilir.

Həmçinin şiddətli külək, temperaturun anomal gedişi və yolların buz bağlama ehtimalı nəzərə alınaraq ölkədaxili turistik səfərlərin təxirə salınması tövsiyə olunur”.


Müəllif: Aytən