16 Yanvar 2019 18:04
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir.

Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar.

Ölkədə epidimioloji durum tam nəzarət altındadır.


Müəllif: Aytən