16 Yanvar 2019 23:45
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ABŞ-ın Azərbaycandakı səfir əvəzi, müvəqqəti işlər vəkili Vilyam Qil ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu haqda icma rəhbəri özü məlumat yayıb.

Onun sözlərinə görə, maraqlı fikir mübadiləsi olub: “Azərbaycanın beynəlxalq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə yaşayışının mümkünlüyü, konstruktiv dialoq və təmasların qurulması haqqında mövqeyimizi amerikalı diplomatın diqqətinə çatdırdım. Bundan ötrü işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması, oradan qovulmuş azərbaycanlıların dərhal geriyə dönməsinin əhəmiyyətini qeyd etdim”.

Tural Gəncəliyev bildirib ki, ABŞ diplomatı görüşdən məmnun qaldığını və Azərbaycanın Dağlıq Qarabağ icmasının fəaliyyətini yaxından izlədiyini qeyd edib.


Müəllif: Nərgiz