17 Yanvar 2019 17:15
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayının 14-dən 18-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilmiş qrafikə əsasən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyinə görə növbəti epizootoloji monitorinqlər keçirilib.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, monitorinqlər AQTA və onun regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyaları, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə qeyd olunan rayonlarda ailə, kiçik həcmli kommersiya və sənaye əsaslı quşçuluq təsərrüfatlarında həyata keçirilib.

Həmin ərazilərdə məskunlaşan quşlardan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasınada müayinə ediləcək.

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.


Müəllif: Aytən