18 Yanvar 2019 11:41
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsi iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, layihəyə uyğun olaraq 6700 kubub metr həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının 40 min kub metr həcmdə deformasiyaya uğramış hissələri ekskovatorla qazılaraq çıxarılıb.

68 min kub metr həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kub metr torpaq yatağının tikintisi işləri aparılıb.

Anoloji işlər respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan şəhəri daxilindən keçən 5 km-lik hissəsində də aparılır. Yolun hərəkət hissəsinin eni 13.5-19.0 metr arası dəyişən bu hissədə asfalt-beton örtükdə aşınmalar, tor şəkilli çatlar əmələ gəlmişdir.

Respublika əhəmiyyətli və III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ümumi uzunluğu 5.3 km olan daha 2 yolu əsaslı şəkildə bərpa olunacaq. Söhbət 3 km-lik Şəfəq qəsəbəsinin daxilindən keçən və 2.3 km-lik ziyarətgaha gedən yoldan gedir.

Layihənin sonuncu mərhələsində 3 yerdə avtobus dayanacağı quraşdırılacaq, hərəkətin normal təşkili üçün 73 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək, 68 yol nişanı, 10 km göstəricisi və 500 siqnal dirəyi quraşdırılacaq.

Beyləqan rayonu ərazisində 20.3 km-lik avtomobil yollarında aparılan yenidənqurma işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.


Müəllif: Aytən