18 Yanvar 2019 12:37
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Ağsaqqallar Şurası 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, ziyarət mərasiminə Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və qurumun üzvləri qatılıb. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Foto: Pərviz Həşimi


Müəllif: Teleqraf.com