18 Yanvar 2019 12:25
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Bunu Teleqraf.com-a “Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, "Azərişıq" ASC-nin əməkdaşlarl elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər: “Hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb.

Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.


Müəllif: Aytən