18 Yanvar 2019 17:52
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC-də Ümumxalq Hüzn Günü ilə əlaqədar

yanvar ayının 10-dan başlayaraq metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir.

Metropolitendən Teleqraf.com-a verilən məlumata görə, ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq.

Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək.

Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək.

Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə, xəttə veriləcək.

Qeyd edək ki, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanları arasında iki metro işçisi – İlqar Qarayev və Əflatun Kazımov da var.


Müəllif: Aytən