18 Yanvar 2019 18:28
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.

Teleqraf.com-un məlumatına görə, uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

İnsanların həyatını xilas etmək SWHS üçün prioritetdir və onun əsas məqsədlərindən biridir.


Müəllif: Teleqraf.com